Bakıda təcili tibbi yardım avtomobili qatarla toqquşdu, 3 nəfər xəsarət aldı



Nəşr edilib: 9:00 05/01/2020 Baxış sayı: 75
Müəllif:

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı tibb işçiləri xəsarət alıb.

Oxu.Az xəbər verir ki, qəza Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Xəzər rayonunun 10 saylı Təcili Yardım Stansiyasına məxsus xidməti avtomobil qorunmayan dəmiryol keçidindən keçmək istəyib. Bu zaman yük qatarı təcili tibbi yardım avtomobilini vurub.

Nəticədə briqadanın üzvləri – 1984-cü il təvəllüdlü həkim Süleymanova Zərifə Şahin qızı, 1972-ci il təvəllüdlü tibb işçisi Nəsibov Bayram Kamal oğlu və 1957-ci il təvəllüdlü sürücü Kərimov Mais Mustafa oğlu ağır xəsarət alıb.

Yaralılar dərhal 3 saylı şəhər xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü M.Kərimov ayağından ağır xəsarət aldığından onun ayağı amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır.


Рейтинг@Mail.ru