Göygöl sakini dərmana görə qonşu qadını xəstəxanalıq etdi



Nəşr edilib: 8:22 19/12/2019 Baxış sayı: 128
Müəllif:

Göygöl rayonunda qadınlar arasında dava düşüb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Yeni Qızılca kəndində qeydə alınan hadisə nəticəsində Könül Qurbanova adlı şəxs xəsarət alıb.

İlkin məlumata görə adıçəkilən şəxs qonşuluqda yaşayan qadın tərəfindən döyülüb. Səbəb alınan dərmanın qaytarılması olub.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


Рейтинг@Mail.ru