Bakıda döyülən qız xilas olmaq üçün özünü pəncərədən atdı



Nəşr edilib: 7:58 19/12/2019 Baxış sayı: 337
Müəllif:

Pirallahı rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Cənub küçəsində qeydə alınıb. 16 yaşlı Mirzəyeva Fidan Əbilfəz qızı yaşadığı evdə əmisi ilə mübahisə edib. Nəticədə döyülən F.Mirzəyeva kömək istəmək məqsədilə özünü yaşadığı evin 1-ci mərtəbəsindən atıb.

Ağır xəsarət alan yeniyetmənin ayağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Рейтинг@Mail.ru