Bakıda qonşular torpaq üstündə dalaşıb, xəsarət alan var



Nəşr edilib: 6:42 17/12/2019 Baxış sayı: 201
Müəllif:

Sabunçu rayonunda qonşular arasında dava baş verib.

Hadisə Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, Samir Əliyev küçəsində yaşayan qonşular arasında mübahisə yaranıb. Əlbəyaxa davaya çevrilən mübahisə nəticəsində 1971-ci il təvəllüdlü Adıgözəlova Gülarə Məmmədəli qızı döyülərək xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qonşular arasında dava torpaq məsələsinə görə baş verib.

Hadisənin təfərrüatı Sabunçu Rayon Polis İdarəsində araşdırılır.


Рейтинг@Mail.ru