Gülgünün ölümünə səbəb olan biznesmen hakim qarşısında – VİDEO



Nəşr edilib: 15:39 16/12/2019 Baxış sayı: 408
Müəllif:

Bakıda piyada xəttindən keçən gənc qızı maşınla vuran şəxsin məhkəməsi başlayıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Məmmədov Ramal Camal oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib.

“Volkswagen Passat CC” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobil piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub. G.Əmiraslanova hadisə yerində dünyasını dəyişib.

Qəzanı törədən sürücü Ramal Məmmədov saxlanılıb.

Məlumata görə, Ramal Məmmədov banklardan birində çalışıb. Onun həm də atasına məxsus tikinti biznesinə nəzarət etdiyi də deyilir.

Mərhum Gülgün isə Bakı Hava Limanında “Asan Viza”da çalışıb.


Рейтинг@Mail.ru