Tramp Vaşinqtonda Lavrovla görüşüb



Nəşr edilib: 6:34 11/12/2019 Baxış sayı: 100
Müəllif:

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ dövlət başçısı ilə Rusiyanın xarici siyasət rəhbəri arasındakı görüş 45-50 dəqiqə davam edib. Tərəflərin hansı məsələləri müzakirə etmələri barədə məlumat verilmir.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı görüşdən sonra onu gözləyən jurnalistlərə əl edib, amma onların suallarına cavab verməyib.


Рейтинг@Mail.ru