61 yaşlı qadın “Sədərək” ticarət mərkəzində bıçaqlanıb



Nəşr edilib: 7:35 09/12/2019 Baxış sayı: 142
Müəllif:

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

1958-ci il təvəllüdlü Həqiqət Mahmudova ticarət mərkəzinin ərazisində bıçaqlanıb. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.


Рейтинг@Mail.ru