Nailə İslamzadə efirə qayıdır



Nəşr edilib: 14:40 04/09/2019 Baxış sayı: 1923
Müəllif:

Məşhur “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə yeni mövsümdə İctimai Televiziyada aparıcılıq edəcək.

Bu barədə Oxu.Az-a danışan jurnalist bildirib ki, “Ötən günlər” adlı proqramı aparıcı Saleh Bağırovla birgə aparacaq.

Qeyd edək ki, Nailə İslamzadə AzTV-də 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışıb. O, eyni zamanda, Türkiyənin TRT AVAZ kanalında yayınlanan “İş’te kadın” proqramının aparıcısı olub.


Рейтинг@Mail.ru