Yol keçmək istəyən 59 yaşlı qadını maşın vurdu



Nəşr edilib: 7:37 28/08/2019 Baxış sayı: 47
Müəllif:

Gəncədə 59 yaşlı qadını maşın vurub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Afaq Abdinovu vurub.

Hadisə H.Əliyev prospektində qeydə alınıb.

Xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırmalara başlanılıb.


Рейтинг@Mail.ru