Goranboyda qəza: bir nəfər yaralandı



Nəşr edilib: 7:29 27/08/2019 Baxış sayı: 283
Müəllif:

Goranboy yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, qəza Dəliməmmədli-Qaradağlı yolunda olub.

Belə ki, “Mitsubishi” və “VAZ-2106” markalı avtomobillərin toqquşması zamanı bir nəfər xəsarət alıb.

VAZ-ın sürücüsü 1989-cu il təvəllüdlü Hüseynov Ceyhun Vidadi oğlu hadisə nəticəsində yaralanıb.

O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma başladılıb.


Рейтинг@Mail.ru