İtaliyanı “Eurovision”da repçi Mahmud təmsil edəcək



Nəşr edilib: 7:29 11/02/2019 Baxış sayı: 924
Müəllif:

İtaliyada keçirilən “San-Remo” musiqili yarışmasının qalibi repçi Mahmud olub.

Eurovision.tv saytının məlumatına görə, finalda Mahmud “İl Volo” pop-opera triosuna qalib gəlib.

Yarışmanın qalibi tamaşaçı səsverməsi ilə müəyyən edilib.

Beləliklə, İtaliyanı “Eurovision” yarışmasında Mahmud təmsil edəcək.

Qeyd edək ki, Alessandro Mahmud 1992-ci ildə Milanda dünyaya gəlib. Onun atası misirli, anası italyandır.


Рейтинг@Mail.ru