“Hər səyahətimdə özümü başqa planetdə hiss edirəm” – FOTOLAR



Nəşr edilib: 4:19 02/02/2014 Baxış sayı: 427
Müəllif:

Populyar bloqer, More is Love onlayn mağazasının təsisçisi və kreativ direktoru Nino Eliava mükəmməl zövqü və geyim tərzi ilə seçilir.

Ninonun bloqunda uzaq ölkələrə səyahətlərindən, dəb və incəsənətdən, rəsm əsərlərindən, film, teatr kostyumları və dekorasiyalarının öyrənilməsindən bəhs olunur.

Onun Tamara Bolotaşvili və Ani Mokia ilə təsis etdiyi internet-mağaza isə qısa müddət ərzində xeyli populyarlaşıb. Kreativ direktor kimi, Nino daim ilham mənbəyi axtarışındadır.

More is Love onlayn mağazası həm də istedadlı dizaynerlərlə təkrarolunmaz kollaborasiyalarına görə populyardır. Daim yenilənən internet-mağaza aksessuarları doğru şəkildə uyğunlaşdırmaq və yeni obrazlar yaratmaq üçün unikal imkan yaradır.

“Büro24/7 Azərbaycan”a müsahibəsində Nino həyati saydığı dəyərlər, Gürcüstanda dəb və Bakı xatirələri haqda danışıb.

 nino alieva

– Gürcüstanda dəbin durumunu necə xarakterizə edərdiniz?
– Gürcüstanda dəb hələ ilkin mərhələdədir. Lakin əsas odur ki, bizdə istedadlı dizayner, fotoqraf, stilist və artistlər var. Düşünürəm ki, təcrübə və peşəkarlıq zamanla formalaşacaq. Dəb inovativ olduğu üçün bizdə onu xarakterizə etmək bir qədər çətindir.
– Bir çox gürcü dizaynerlər nümayişdən sonra sizin fikirlərinizi öyrənmək istəyirlər. Onların işlərini şərh edərkən nəyi əsas tutursunuz?
– Həmişə düşündüyünü demək olmaz. Hamı səni dinləmək və öz üzərində işləməyə hazır deyil. Səmimi fikirlərimi ancaq birlikdə çalışdığım və ya mənim nə düşündüyümü doğrudan da bilmək istəyən adamlara deyirəm. İlk növbədə, brendin estetikasını nəzərə alıram, çünki hər bir xırda detalın böyük önəmi var. Keyfiyyət və brendin qiymət siyasəti də çox vacibdir. Diqqətəlayiq nüanslar çoxdur. Ona görə də bu mövzuda saatlarla danışmaq olar.

– Populyar moda bloqu, onlayn aksessuar mağazası, bütün trendseterləri heyran edən papaq brendi… More is Love kollaborasiyalarının əksəriyyəti sizin təxəyyülünüzün məhsuludur.

Bəs öz brendinizi yaratmaq planınız varmı?
– Bir layihə reallaşdırmaq planım var. Ancaq bir neçə brendi konsultasiya etdiyim üçün həmin layihə üzərində çalışmağa vaxt tapa bilmirəm. Yalnız onu deyə bilərəm ki, bu, brend deyil.

 

– Gürcüstanda ən sevdiyiniz yer haradır?
– Əgər bir yerin adını çəkməli olsam, bu, Metexi kilsəsinin həyəti olacaq. Ora çox sakit məkandır və həyətdən köhnə şəhərə gözəl mənzərə açılır.

– Gürcü üslubu nə ilə fərqlənir?
– Düşünürəm ki, bu üslubun əsas fərqli cəhəti geyimdə qara rəngin bolluğudur. Burada gündüzlər gənc qızları dikdaban ayaqqabılarda görmək mümkün deyil. Şəhərdə gəzərkən ilham mənbəyi olan çoxlu sayda qadınlara rast gəlirsən. Onların hər birinin geyim manerası gözəl və xüsusidir.

– Səyahət üçün ölkə seçərkən nəyi əsas götürürsünüz?
– Səyahətləri çox sevirəm və hansısa ölkəyə olan hisslərim, əhval-ruhiyyəm çox vacib rol oynayır. Yeni mədəniyyətləri, mətbəxləri və ölkələrin tarixini öyrənməyi xoşlayıram. Ənənələr və dünyagörüşləri o qədər fərqlidir ki, hər səyahətimdə özümü sanki başqa bir planetdə hiss edirəm.

– Həyatda nələrə daha çox dəyər verirsiniz?
– Ailəm, dostlarım ən dəyərli varlıqlardır və ətrafımda belə insanların olduğuna görə tanrıya minnətdaram. Əsas odur ki, insan dəyər verdiyi insanlarla keçirdiyi hər anın qədrini bilsin.

– Ötən il Bakıya səfər etdiniz. Şəhərimiz xatirinizdə necə qalıb?
– Bakıda cəmi 3 gün olmağıma baxmayaraq, bu şəhəri çox sevdim. Azərbaycan xalqı çox səmimi və qonaqpərvərdir. Bakı xatirimdə gözəl bir şəhər kimi qalıb və yenidən ora qayıtmağı çox istəyirəm



















Рейтинг@Mail.ru