Rauf Arifoğlu: “Siyasi mühit o qədər pisdir ki, istəyirəm oraya bir düzən verim” – MÜSAHİBƏ



Nəşr edilib: 22:45 06/11/2019 Baxış sayı: 378
Müəllif:

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun APA-ya müsahibəsi

– “Yeni Müsavat” qəzetinin təsis olunmasının 30 illiyi tamam olur. Sizcə, bu illər ərzində oxucuların qəzetə marağı hansı templə inkişaf edib?

– Oxucuların adından danışmaq doğru olmazdı, amma bu 30 il ərzində mövcudluğumuz davam edibsə, bunun əsas səbəbi elə oxucu marağı, oxucu diqqətinin var olmasıdır. Müxtəlif periodlarda oxucular tərəfindən təpkilər müxtəlif olub. Elə periodlarımız olub ki, oxucu marağı zəifləyib. Məsələn, 1993-1997-ci illərdə oxucu marağı nisbətən zəifləmişdi, ancaq 1997-ci ildən bu günə qədər olan dövrdə mən oxuculardan şikayətçi deyiləm.

 – 1993-1997-ci illərdə oxucu marağının zəifləməyinin səbəbi nə idi?

– Səbəb senzura idi. Eyni zamanda qəzet və media bazarına düzgün yanaşa bilməməyimiz də başqa bir səbəb idi. Çünki şərtlərimiz ağır idi. Üçüncü səbəbsə maliyyə imkanlarımızın çox qısıtlı olmasıydı. Amma 1997-ci ilin sentyabr ayından sonra radikal dəyişikliklər etdik; qəzetin formatını dəyişdik, ideoloji-siyasi qəzetdən ictimai-siyasi qəzet konseptinə keçdik. O vaxtdan bəri Azərbaycanın print-media bazarında liderik. Hazırda isə print-media vahidini elektron media vahidlərinə çevirə bildiyimiz üçün tirajımız daha yüksək nöqtəni göstərir. Çünki əvvəllər əlimizdə yalnız bir qəzet və on minlərlə ölçülən tirajımız var idisə, indi həmin qəzetin üzərində bir neçə elektron media qurmuşuq və media qrup yaratmışıq, əhatə dairəmiz kifayət qədər genişlənib.

Rauf Arifoğlu:

– Yeni çıxan dövrlərdə qəzetin tirajı 15-20 mini əhatə edirdi. Təbii ki, buna o dövrkü gərgin ictimai-siyasi mühit də təsir edirdi. Lakin indi qəzetin tirajı 4-5 min səviyyəsindədir. Bunun kökündə təkcə print-medianın elektron mediaya uduzması dayanır, yoxsa başqa səbəblər də var?

– Səbəb budur ki, artıq dünyada, xüsusi ilə Azərbaycanda print-media çökməkdədir. Yalnız print-media kimi qalsaydıq, mən redaksiyada heç beş-altı adam da saxlaya bilməzdim, ümumiyyətlə, “Yeni Müsavat”ın yaşaması belə mümkün olmazdı. Biz istehsalçı olaraq, qəzetə diqqəti azaltmamışıq, sadəcə, oxucu artıq xəbəri telefondan oxuyur. Burada bizim edə biləcəyimiz bir şey yoxdur. Artıq evlərdə və ofislərdə televizorlar saatlarla söndürülmüş vəziyyətdə qalır, hər kəs xəbəri hər dəqiqə telefonundan alır. Bu durumu vaxtında sezdik və qəzetlər içərisində ilk olaraq biz bu prosesə adaptə olduq. Biz uğurlu adaptasiya prosesini həyata keçirə bildik deyə, bu gün yaşayır və mövcud olmağa davam edirik.

– “Yeni Müsavat” fəaliyyətə başlayanda müxalifət qəzeti statusunda idi. İndi də həmin status qalırmı?

– Mərhələlərə bölsək, ilk vaxtlar ideoloji-siyasi qəzet statusunda idik. Səbəb də o idi ki, biz Azərbaycana müsavatçılıq ideologiyasını gətirmək istəyirdik, Müsavatın qayıdış prosesinə flaqmanlıq edirdik. Daha sonra ictimai-siyasi qəzet olduq. Həmin periodda biz müxalifət düşərgəsində əsas komponent olan Müsavat Partiyasının yanındaydıq, onunla bərabər hərəkət edir, onun maraq və mövqelərindən, informasiya siyasətindən çıxış edirdik. Daha sonra isə biz müstəqilləşdik, depolitizasiya konsepsiyası əsasında xəbər qəzeti statusuna keçdik. Hazırda bizim media qrupunun həyata keçirdiyi informasiya siyasəti tamamilə fərqlidir; siyasi düşərgələrin və siyasi liderlərin maraqları ilə deyil, media qrupumuzun və kollektivimizin maraqlarından çıxış edirik.

– Yəni “Yeni Müsavat”a daha müxalifət qəzeti demək olmaz?

– Tənqidçi mövqedə olan media quruluşu demək olar.

Rauf Arifoğlu:

– Sizin şəxsi nüfuzunuzun hər zaman “Yeni Müsavat”ın vəziyyətinə həlledici təsiri olub. Bilmək istərdim ki, 2015-cı ildə Müsavat Partiyasından çıxmağınız, daha sonra müəyyən mövqelər sərgiləməyiniz qəzetin tirajına təsir göstəribmi?

– Siz sualları “Yeni Müsavat” qəzetinin üzərində fokuslanmağa çalışsanız da, mən məcburən media qrupunun təsisçisi kimi, cəm halında cavab verirəm. Əgər “Yeni Müsavat” qəzetini bu media qrupundan ayırsaq, o qəzet bir ay sonra çapını dayandırar, çünki tək qəzet olaraq “Yeni Müsavat”ın öz xərclərini ödəmək imkanı yoxdur. Amma bütöv media qrupu olaraq baxanda, az da olsa, gəlirlə işləyirik. Bayaq da dedim, daha detallı izah edirəm; biz “Yeni Müsavat”ın üzərində analoqu olmayan bir sistem qurduq. Print-media ilə saytların birgə-sinxron fəaliyyəti və xəbərləşmədə paslaşma sistemini yaratdıq. Qəzetimiz bazisdir; hər şey onun üzərində inşa olunub; media qrupdakı bütün informasiya vasitələrinin mühərriki “Yeni Müsavat” qəzetidir; lakin onun özünün fiziki tirajı istehsal etdiyi xəbərlərin tirajından 10 dəfələrlə azdır. “Yeni Müsavat” xəbər, məqalə istehsal edir, biz onları yayın aqreqatı olan musavat.com saytı üzərindən daha yüksək tirajla yayırıq… Bütöv şəkildə götürəndə, mən partiyadan ayrılandan sonra qəzetin istehsal etdiyi xəbər və yazıların əhatə dairəsi və tirajı artıb, üstəlik bizim həm azərbaycandilli, həm də rusdilli resurslarımız güclənib. Ən önəmlisi, “Youtube”, “Facebook” platformalarında onlayn yayın sistemi qurmuşuq. Bunlar hamısı həmin depolitizasiya konsepsiyasına keçid nəticəsində mümkün oldu. Politik ortamda və hansısa siyasi düşərgəyə bağlı halda bunu edə bilməzdik. Ona görə də durumu dəyərləndirdik və düşərgələrə qarşı məsafə qoyduq, nəticədə qloballaşan informasiya sistemində öz seqmentimizi yaratdıq. Razılaşın ki, bunu bircə print-media ilə, yəni qəzetlə həyata keçirmək qeyri-mümkün idi. Çünki qəzetin hazırladığı xəbəri kənara ötürmək üçün onun özünü kənara daşımaq lazımdır. Məsələn, “Yeni Müsavat” qəzetinin xəbərini ölkə xaricinə yaymaq üçün bir zamanlar onun özünü fiziki olaraq ölkə xaricinə nəql etdirirdik. Amma indi nə edirik? Xəbər “Yeni Müsavat”ındır, amma biz artıq çağa, texnoloji inkişafa uyğunlaşmışıq, həmin xəbərləri qəzetin elektron versiyası vasitəsi ilə yayırıq. Artıq “Yeni Müsavat”ın xəbərini soydaşlarımız Almaniyada, İtaliyada, Moskvada, İstanbulda anındaca oxuyurlar. Xəbər istehsalçısı “Yeni Müsavat”dır, ötürücüsü isə başqa vasitələrdir. Biz bu yeniliyi qəzetin üzərinə montaj edə bildik, başqa qəzetlər bunu bacarmadılar deyə, sıradan çıxdılar.

– Belə çıxır gələcəkdə bu şərtlər daha da dərinləşsə, print-mediadan tamamilə imtina edə bilərsiniz?

– Menecer olaraq, əslində, mən “Yeni Müsavat” adlı bir qəzetdən çoxdan imtina etməli idim. Çünki dediyim kimi, şərtlər dəyişib. Ancaq “Yeni Müsavat” tarixdir, ənənədir, onu dayandırmaq ən azı bu baxımdan yolverilməzdir. Bir də ki Həsən bəy Zərdabinin məmləkətində qəzetlər qalmalı, print-media davam etməlidir. Ona görə də biz redaksiya olaraq, bu fədakarlığı davam etdirəcəyik. Həm də bayaq da dediyim kimi, biz media qrupumuzun mexanizmini “Yeni Müsavat”ın üzərində qurmuşuq. Məsələn, hər səhər bizdə planlaşma olur və bu, “Yeni Müsavat” qəzetinin planlaşmasıdır, saytın deyil. Və hər sabah biz digər media quruluşlarından fərqli olaraq Azərbaycan informasiya məkanına 150 min işarəlik materialla giririk. Digər saytlar əgər 5-6 xəbərlə günə başlayırsa, biz hazırladığımız qəzeti bir saatın içində elektron versiyaya çevirib oxucuya təqdim edirik.

Rauf Arifoğlu:

– Əməkdaşlarınızla münasibətiniz necədir?

– Məncə bunu onlardan soruşsanız yaxşı olar.

– Qəzetdə tətbiq etdiyiniz hər hansı prinsiplər, daxili senzura varmı?

– Yaradıcılıqla bağlı deyirsinizsə, daxili senzura var və bu bizi incidir, əzir, yaradıcılıq eqomuzu içəridən gəmirir. Bəzən adi bir xəbəri də hüquqşünasımızla məsləhətləşib, sonra veririk. Yəni narahatlığımız var və bu Azərbaycandakı mətbu mühitə aid neqativlərdən biridir. Özünüsenzura günün ən mühüm tələblərindən birinə çevrilib.

– Bunun qarşısını necə almaq olar?

– Bunun qarşısını almaq üçün dövlət özünün informasiya siyasətinə yenidən baxmalıdır. Biz bəzən hansısa vəzifəli məmurla bağlı xəbəri yaymağa qorxuruq, çəkinirik. Baxmayaraq ki, həmin xəbər artıq sosial mediada trendə çevrilir, “Youtube”də tiraj yığır və bəzən milyonlarla oxuyan-baxan olur. Lakin biz media qrupumuza zərər verər deyə, çəkinirik və milyonluq xəbəri səhifələrimizə qoymuruq. Belə bir durum bizi və digər media nümunələrini sözün bütün mənalarında kiçildir. Hesab edirəm ki, informasiya siyasətinə aid bu durum aradan qaldırılmalıdır. Azərbaycanda fəaliyyət göstərən, ənənəsi olan, vətənə, millətə, dövlətə bağlı media quruluşlarına daha geniş imkanlar verilməlidir. Əks halda, sosial media bizim əlimizdən oxucunu, dinləyicini, seyrçini alır. Azərbaycan mediasından tənqidi rakursu yığışdırmaq olmaz. Tam tərsinə, Avropa malına çevrilmiş tənqidi yenidən transfer etməyə ehtiyac var. Heydər Əliyevin dövründə olduğu kimi, canlı yayın konsepsiyası ilə ictimai-siyasi müzakirələrə başlamaq lazımdır. Narazı elektorata, yəni narazı Azərbaycan vətəndaşına xitab edən ictimai fiqurların, rəy və siyasi liderlərin efirdə görünməsini təmin etmək zəruridir. Onlar niyə getsin Avropadan yayım yapan “Youtube” platformalarında, “Facebook”da fikirlərini ifadə etsinlər? Biz nə üçünük? Sosial mediada hazırda bir xəbər anarxiyası var, sistemsizlik, cəzasızlıq, söyüş-təhqir mühiti hökm sürür. Və bu mühit hər gün daha çox Azərbaycan ictimai rəyinə otuzdurulur… Bu dediklərim edilməyəcəyi təqdirdə kənar platformalar Azərbaycanın ictimai rəyini getdikcə daha çox yönləndirəcək. İnformasiya sahəsi də eyni ilə vətənin ərazisi kimidir. Bizim quru, dəniz, hava sərhədlərimiz olduğu kimi, informasiya sərhədimiz də var. Bu gün bizim informasiya sərhədlərimiz yanlış informasiya siyasəti nəticəsində təcavüzə məruz qalır və millətimiz auditoriya olaraq, “əsir’’ götürülür; axşamlar azərbaycanlıların siyasətlə maraqlanan kəsiminin hamısının diqqəti xaricdən yayılan verilişlərə yönəlir. Onların da əksəriyyətinin səviyyə və sferaları yüksək deyil; çoxu söyüşlə başlayır, söyə-söyə də saatlarla davam edir… Hansı ki, özümüzün keyfiyyətli televiziyalarımız var, jurnalistlərimiz var, onları gücləndirmək, maraqlı etmək lazımdır ki, tamaşaçı türk seriallarından tutmuş, Avropadakı siyasi seriallara qədər, kənar məhsullara az baxsın. Düzdür, AzTV və İctimai Televiziyada ciddi dəyişikliklər baş verib, REAL TV xəbər televiziyası konsepsiyasını Azərbaycana gətirib… Amma yenə də bunlar azdır. Özünüsenzuraya səbəb olan bütün faktorlar qeyd-şərtsiz aradan qaldırılmalıdır.

Rauf Arifoğlu:

– Sizə tez-tez təzyiqlər olur?

– Mənə təzyiqlər olur’’, demək düz olmaz. Mən olanları təzyiq saymıram. Amma istənilən halda məni narahat edən məqamlar çoxdur.

– “Yeni Müsavat” haqqında bəzən dindar kəsimə daha çox yer ayırması barədə iddialar səslənir. Bu iddialar barədə nə deyə bilərsiniz?

– Sizcə elədirmi? …Mən dindar kəsimə xitab eləmirəm, sekulyar seqmentə daha çox xitab edirəm. Özüm inanclıyam, amma iman da, inanc da insanın ürəyində, içində yaşamalıdır. İnancın, imanın ideologiya, partiya olmasının və hakimiyyətə gəlməsinin qəti əleyhinəyəm.

– Dini şəxsiyyətlərdən kimi özünüzə örnək sayırsınız?

– Mən ölümlü bəndələrdən özümə örnək seçməməyi öyrənmişəm. Amma İslam peyğəmbərini özümə örnək götürürəm. Hər bir çətinlikdə Allaha xitab eləmişəm, ona görə də sınmadan, əyilmədən, bütün proseslərdən çıxa bilmişəm.

Rauf Arifoğlu:

– Mütaliəyə vaxtınız olur?

– Kitabları oxumağa başlayıram, amma bitirə bilmirəm (gülür).

– Sonuncu dəfə hansı kitabı oxuyub yarımçıq qoymusunuz?

– Noah Yuval Hararinin “Homo Deus” kitabını oxumağa başladım, çox maraqlı, içində yeni baxışlar, yeni sistemlər olan kitabdır, maşınımda gəzdirirəm, bir-iki vərəq oxuyuram, son vaxtlar isə ümumiyyətlə üzünü aça bilmirəm.

– Bədii ədəbiyyat necə, oxuyursunuz?

– Bədii əsərləri son vaxtlar azaltmışam, oxuya bilmirəm. Bir neçə ildir ki, saytlar və onlardakı fəaliyyətimə görə mütaliəyə vaxt qalmır. Gün ərzində 17-18 saat telefonda saytları izləyirəm.

– Özünüzün xəbər yazıb redaksiyaya göndərdiyiniz hallar çox olub?

– Bəli, çox olub. Bəzən hansısa tədbirdə müxbirlərim olmur, o zaman həmkarlarımın, media patronlarının yanındaca çəkinmədən xəbər yazır, şəkil çəkib ötürürəm və bunu özümə şərəf bilirəm. Düzdür, bəzi dostlarım məni qınayır ki, niyə belə edirsən? Ancaq məncə jurnalist əməyi çox şərəfli əməkdir, mən də özümü reportyor-jurnalist sayıram və düşünürəm ki, məndə heç də pis alınmır.

Rauf Arifoğlu:

– Özünüzü daha çox siyasətçi hesab edirsiniz, yoxsa jurnalist?

– Hər hansı ölkədə media qrupunun rəhbəri olmaq istənilən halda siyasi postdur.

– Mir Şahindən müsahibə götürəndə demişdi ki, jurnalistikasız yaşaya bilməz, həyatının amalı jurnalistikadır. Sizdə də bu cürdür?

– Jurnalistikasız bir gün də yaşaya bilmərəm.

– Amma içinizdə deyəsən yenidən siyasətə qayıtmaq havası da var

– Siyasi mühit o qədər pisdir ki, bəzən istəyirəm oraya bir düzən verim. Mənim siyasətdə qoyub gəldiyim dostlarım o vaxt necə qoymuşamsa, elə orda da qalıblar. Manevr edə bilmirlər. Doğru-dürüst qərar verə bilmirlər. Son 30 ildə öz ətraflarını da bədbəxt ediblər, özlərini də, ölkəni də.

– Bayaq yeni mediaya keçiddən danışdınız. Bunu da uğurla həyata keçirmisiniz. Bəs Sizcə müasir siyasətçi, müxalif siyasətçi necə olmalıdır, siyasətə qayıtsanız nələri dəyişərdiniz?

– Hamı deyir iqtidardan başlamaq lazımdır, qəti şəkildə elə deyil. Gəlin, birinci müxalifət düşərgəsindən başlayaq. Müxalifət münasibətlərin yenilənməsində maraqlı olmalıdır. Azərbaycan müxalifətinin öndə gələn aparıcı liderləri və təşkilatları Azərbaycan hakimiyyətini və prezidentini qəbul etmirlər. “Prezident” deyə xitab etmirlər və gözləyirlər ki, onların qəbul etmədikləri və xitab etmədikləri prezident onları tanısın, bu da mümkün deyil. Bu 1993-cü ildən qalma ənənədir. Səhv düşüncə idi və böyük itkilərlə nəticələndi. Prezident Heydər Əliyevi hakimiyyətə dəvət edib, sonra onu tək qoydular, vəzifələrini dondurdular və dedilər ki, biz səni tanımırıq. Halbuki özləri çağırmışdılar ki, gəl ölkəni xilas elə. 1995-ci il mart hərbi qiyamından sonra ölkənin xilas prosesi yekunlaşdı. Amma AXC-Müsavat iqtidarının əsas simaları kənara çəkildi və Heydər Əliyevi ilk gündən tək qoydular. O da yaxın zamanlara qədər Azərbaycanda problemə çevrilmiş bəzi kadrlarla işləmək məcburiyyətində qaldı.

Rauf Arifoğlu:

– Hamı deyəndə ki, Siz də onların içində deyildinizmi?

– Mən son 30 ildə “Yeni Müsavat” qəzetinin baş redaktorluğundan başqa vəzifə daşımamışam.

– Siz həm də partiyada məsul vəzifədə idiniz.

– Partiyada, Azərbaycan Xalq Cəbhəsində yüksək siyasi mövqelərim olub. Lakin həmin təşkilatlara yön verən deyildim. Yön verənlər böyük səhvlər etdilər və o səhvlər indiyə kimi davam edir.

– Siz deyirsiniz ki, iqtidar-müxalifət münasibətləri ən azı Türkiyədəki kimi olmalıdır?

– Əlbəttə. Müxalifət nifrəti, kini buraxmalıdır. Elə rakurs yaradıblar ki, hər hansı ziyalı gedib hakimiyyət nümayəndəsi ilə görüşəndə, haqqı olan mükafatı dövlətdən alanda onu topa tuturlar, gözdən salırlar.

– Elə Sizin özünüzü…

– Mən heç… Mənim siyasi immun sistemim çox gəlişib, narahat deyiləm. Amma insanları linç edir, mənəvi terrora məruz qoyurlar. Öz ölkənin iqtidarı ilə görüşmək qüsurdursa, elə müxalifətlə görüşmək də qüsurdur. Sən bu ölkədə müxalifət olmağı qəbul etmisənsə, deməli, dövlətin bir parçası olmağı qəbul etmisən. Lütfən bu dövlətin parçası olaraq öz mandatın istiqamətində hərəkət elə, nifrət dili yayma, kin qusma, insanları nifrətə səsləmə, onları yanlış yönləndirmə. Siyasət istənilən halda hakimiyyətə gəlmək üçün vasitədir və o vasitəni düzgün istifadə etmək lazımdır. “Bizimkilər’’ siyasi mövqeyi o həddə gətiriblər ki, sanki əqidə də, din də, iman da, milli kimlik də odur…

Müxalif düşərgədə çox fədakar, təmiz kadrlar var ki, sadəcə durduqları yer və arxasınca getdikləri liderləri yanlışdır. O baxımdan, hər zaman mənim qəlbimdən belə bir istək keçir ki, o cür kadrları, kütləvi səhnələrin rejissoru olmuş, savaşlarda iştirak etmiş, həm siyasi, həm də hərbi səhnələrin yaradıcısı olmuş insanları doğru yönəltmək, onları bir yerə toplayıb dövlətin strateji bir parçasına-normal müxalifətə çevirmək yaxşı olardı.

– O zaman 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməyiniz gözlənilir?

– Mənim ürəyimdən keçir, ancaq hər ürəyindən keçəni də həyata keçirmək mümkün olmur.

– Qəzetdə ədəbiyyat materialları niyə verilmir? Türkiyənin bir çox qəzetləri ədəbiyyat əlavələri buraxırlar. Eyni şeyi “Yeni Müsavat” qəzeti də edə bilməzmi?

– Biz bunu hamıdan əvvəl eləmişik. “Dünya” adında ədəbiyyat jurnalı buraxırdıq. Bu mənim arzum idi.

– İndi niyə buraxmırsınız?

– Çünki xitab elədiyimiz auditoriya bunu istəmir. Yeni auditoriya qurmaq üçün də həm zaman, həm vəsait, həm də işçi lazımdır. Bizim isə buna imkanımız yoxdur. “Yeni Müsavat” Media Qrupu hələ düzə çıxmayıb. Biz həmişə ekstremal vəziyyətdə fəaliyyət göstərmişik, 1989-cu ildən indiyə qədər belədir. Bizim yaratdığımız elektron TV-lər belə prosesin içində yaranıb. Heç bir əlavə vəsait qoymadan, kənardan işçi belə cəlb etmədən öz potensialımız hesabına bunları həyata keçirmişik… Gələcəkdə ədəbiyyat əlavəsi qurmaq mənim arzularımdan biridir, həm jurnal, həm də yaxşı bir ədəbiyyat saytı yaratmaq istəyirəm.

– Bir vaxtlar qəzetiniz ətrafında xeyli köşə yazarı cəmlənmişdi. Son illər sanki qəzetdə köşə yazarları azalıb, eyni zamanda onları izləyən oxucular da yoxdur.

– Doğru buyurursunuz. Son sözü əlahəzrət oxucu deyir. Biz gördük ki, köşə yazısında olan tiraj hər hansı agentlikdən aldığımız xəbərdə olan tiraj qədər belə özünü doğrultmur. Buna görə də həm menecer, həm də oxucu seçimi olaraq köşə yazarlarına diqqəti azaltdıq, xəbər saytı sisteminə keçdik və bu özünü doğrultdu.

– Amma Türkiyədə bu ənənə qalır və uğurla irəliləyir.

– Doğrudur, Türkiyədə köşə yazarları ən bahalı yazarlardır. Onların yazıları da yüz minlərlə oxunur. Bu, Türkiyə oxucusunun seçimidir. Halbuki türk köşə yazarları hadisəyə olduqca bəsit, sadə yanaşırlar. Bəlkə də onlara marağın səbəbi budur. Ancaq mən etiraf edim ki, bizim köşə yazarları türk köşə yazarlarından məzmunlu, həm də bədii yazırlar. Çünki bizim köşə yazarları həm türk, həm rus jurnalistika məktəblərindən bəhrələniblər.

– Gələcəkdə “Yeni Müsavat”ı TV-yə çevirmək perspektivi varmı?

– Bəli, var, efir məkanında iddialıyıq. Biz artıq efirə çıxmışıq və internet televiziyasını gəlişdirməyə çalışırıq. Artıq qlobal TV dövrü keçib. İnternet televiziyalar gələcək baxımdan daha əlverişlidir və hələ ki, bu istiqamətdə çalışırıq.

Mirmehdi Ağaoğlu
Apa.az


Опасная риторика Путина 

Президент России Владимир Путин в очередной раз обратился к народу России по поводу коронавируса — на сей раз в ходе видеоконференции с главами субъектов федерации России. Российский глава государства уверенно заявил: «Наша страна не раз проходила через серьезные испытания: и печенеги ее терзали, и половцы, — со всем справилась Россия. Победим и эту заразу коронавирусную. Вместе мы все преодолеем». По задумке, это должно было звучать проникновенно, духоподъемно и «скрепно», с явным отсылом к славной многовековой истории России. В реальности же Рунет на путинский экскурс в историю откликнулся целой серией язвительных комментариев, от вопросов, предложит ли теперь «Единая Россия» потратить 15 миллиардов долларов на празднование победы над печенегами до язвительного комментария одного из пользователей, который цитирует Би-Би-Си: «Думаю, что при нефти за 70$ этот экскурс в историю мог обогатиться упоминанием о монголах, немцах, французах, поляках и шведах. Но при нефти за 30$ упоминают тех, кто уже не может обидеться». Только вот насчет «уже не может обидеться» в Москве, похоже, ошиблись. Дело даже не в том, что СМИ Украины уже напомнили, что половцы и печенеги совершали набеги на Киевскую Русь, а Московское княжество возникло уже в конце XIII  века, когда и те, и другие с исторической и политической арены уже ушли, так что негоже воровать чужую историю. Куда важнее другое — половцы и печенеги, которых Путин уподобил коронавирусу — это древние тюркские народы. Вряд ли, конечно, России официально, на уровне мидовских нот и официальных заявлений, выразят свое отношение к тому, что президент РФ уподобил целые этносы «заразе коронавирусной». Но вряд ли действительно не заметят и забудут. И вот тех, кто не забудет, оказывается опасно много. Печенеги, если кто забыл — это огузы. К огузской ветви тюркских языков относится азербайджанский язык. То есть подавляющее большинство граждан Азербайджана —потомки печенегов, которых Путин в своем экскурсе в историю мало что назвал жестокими варварами, так еще и уподобил коронавирусу. Причем сделал это как раз в то время, когда Россия преподносит Армении щедрые оружейные подарки. Точно так же к огузской ветви относится современный турецкий язык. И в Анкаре продемонстрированную Путиным тюркофобию анализировать будут на фоне как минимум непростой ситуации в Сирии, где, конечно, уже нет такой «боевой работы», как еще совсем недавно, но до нормализации слишком далеко, и на фоне обострения ситуации в Ливии, где Турция поддерживает признанное ООН правительство национального согласия, РФ продолжает помогать его противнику Халифе Хафтару, а Турция повышает ставки и отправляет к берегам Ливии свой военный фрегат. Еще более взрывоопасным может оказаться упоминание половцев. Половцы, если кто забыл — это кыпчаки, которых многие современные жители и самой России, и соседних с ней стран считают своими предками. К потомкам половцев-кыпчаков можно отнести нынешних алтайских тюрок, татар, причем и казанских, и сибирских, башкир, северокавказских тюрок, в том числе кумыков и ногайцев, а также казахов, киргизов и каракалпаков. То есть, если называть вещи своими именами, после путинского спича жители многих соседних с Россией стран почувствовали себя, скажем так, занесенными в список исторических врагов — со всеми выводами, которые отсюда следуют. Причем это и Турция, с которой Россия не теряет надежды выстроить «особые» отношения, и Азербайджан, и Туркменистан, и союзники РФ по ОДКБ и Евразийскому союзу — Казахстан и Киргизия. Но самое опасное, президент РФ одним махом объявил «неблагонадежными» еще и российских граждан из числа татар, башкир, ногайцев, кумыков и т.д. — просто потому, что они тоже по происхождению тюрки-кыпчаки, то есть зловредные «половцы». И что же — президентские спичрайтеры об этом не знали? Они не заглянули в словарь? Или просто воспринимали ссылки на «половцев», «печенегов» и прочих «монголо-татар» как дежурную риторику и не сочли нужным задуматься, как путинский спич о «печенегах» и «половцах» воспримут на огромном пространстве от Босфора до Алтая? А вот здесь уже нелишне вспомнить, как в конце «нулевых» телеканал «Звезда» начал выдавать в эфир ролики социальной рекламы в рамках проекта «Личное отношение». Посвящены они были очередному юбилею победы над Германией. В числе прочего, в 2008 году в эфир вышел один из этих роликов, по сюжету которого, ветеран войны, отправляется в Берлин, где когда-то оставил на стене Рейхстага свой автограф. В аэропорт он едет на электричке, вдоль забора, на котором среди прочего граффити должна появиться надпись «Здесь был Вася». Она действительно появляется, но перед этим среди прочих произведений «заборной» живописи можно прочитать и такое «произведение»: «Россия для русских». И что же — автор этого ролика сам оказался нацистом? И вставил это в видеоряд совершенно сознательно? Увы, все обстояло намного хуже. Такого рода граффити в России воспринимается как часть пейзажа. Но сегодня эта привычная ксенофобия получает уже другое прочтение и другую политическую цену — просто потому, что вирус ксенофобии в многонациональной стране куда опаснее COVID-19. Нурани, политический обозреватель 

Ханкенди и Иревану самое время подумать о возвращении в состав Азербайджана 

Есть расхожее выражение: женщина из ничего может сделать шляпку, салат и скандал. Вот и армянские агрессоры в союзе со своими лоббистами в Москве «из ничего» могут устроить очередную провокацию — и по ходу дела знатно опозориться. Впрочем, судите сами. Вечером 7 апреля на основе договоренностей между министрами обороны России и Армении Сергеем Шойгу и Давидом Тонояном в российский «форпост» прибыл «военно-медицинский десант» — военно-транспортный самолет ВКС России привез медоборудование и специалистов, которые займутся борьбой с COVID-19 в армянской армии. Там уже есть случаи заражения. И вот некоторые политические круги на эту новость отреагировали весьма своеобразно. Сначала агентство «Регнум», известный рупор армянских лоббистов в Москве, устами своего штатного провокатора-«аналитика» Станислава Тарасова замечает: существует, мол, «некоторая неясность: будут ли российские военные проводить противовирусные мероприятия в военных частях, расположенных в зоне нагорно-карабахского конфликта». И вообще, коронавирус «способен свободно перемещаться между окопами противоборствующих сторон», а значит, самый лучший выход из ситуации — это «стимулировать Баку и Ереван заключить хотя бы временное мирное соглашение в зоне нагорно-карабахского конфликта, переориентировать главные усилия конфликтующих сторон на организацию совместной борьбы с пандемией». В переводе — использовать околокоронавирусную риторику для того, чтобы попытаться «пробить» международную изоляцию оккупационного режима, созданного Арменией в Ханкенди. Вбрасывает господин Тарасов и другую идею: Может случиться и так, что придется думать над более серьезным блокированием границ с Ираном, возможно, с участием России». Проще говоря, на оккупированном участке границы Азербайджана и Ирана, по задумке господина Тарасова, встанут российские «зеленые фуражки» — как и на границе Армении с Ираном. И что же — Тарасов высказывал свое личное мнение? Или же имел место старый как мир «зондаж» общественного мнения? И его статья — это обращение армянской агрессивной верхушки к России посредством таких «неофициальных» каналов?  Более того, появилась эта статья на показательном фоне — практически синхронно с телефонным разговором министра иностранных дел Армении Зограба Мнацаканяна с главой МИД РФ Сергеем Лавровым, об «особом отношении» которого к армянской тематике вряд ли есть необходимость напоминать. По одним данным, обсуждали Карабах. По другим, борьбу с коронавирусом. Обсуждался ли в их ходе вопрос «вхождения» российских военных медиков в Карабах, не уточняется. По понятным причинам, ответ на такой вопрос вряд ли стоит искать в пресс-релизах, но на статью в российском «рупоре» с небывалой оперативностью отреагировали иреванские пропашиняновские СМИ, которые принялись озвучивать вопросы: а обсуждается ли это в военно-политическом руководстве? И как к этому отнесется Тегеран? Здесь бы, конечно, поинтересоваться: а при чем тут вообще Тегеран, если все будет происходить за пределами территории ИРИ? И надо ли так понимать эти намеки, что нахождение российских пограничников в Мегри с Ираном старательно согласовывалось? Гадать можно долго, но куда важнее другой вопрос: как на эти «намеки» отреагирует Москва?  Вряд ли там не понимают, какую реакцию официального Баку, и не только Баку, вызовет появление в оккупированном азербайджанском Карабахе российских военных — даже в статусе «вирусологов», «санитаров» и т.д. Тем более что Азербайджан — государство, которое проводит независимую внешнюю политику, и вряд ли в Баку это молча стерпят. Вызовы в МИД АР посла РФ после того, как в Москве на полуофициальных «тусовках» мелькали представители ханкендинского режима, дают изрядную пищу для размышлений. И что же — Москва послушно шагнет в политическую ловушку за армянской «приманкой»? И самое главное, что это за «приманка»? Что в таком случае получает Россия, кроме скандала и неприятностей? Особенно с учетом последствий «крымнаша»? Но при этом «за кадром» остаются сами «коронавирусные» реалии. Здесь, конечно, была и есть международная помощь, но все же то, что происходит между Россией и Арменией — это уже не помощь, а демонстративное подтверждение статуса «нищего форпоста», где остро не хватает не только тестов, но и лабораторий, и где даже борьбу с коронавирусом в собственной армии приходится отдавать на аутсорсинг и перепоручать Москве. А тем временем в Азербайджане реализуют свою программу борьбы с коронавирусом. Проведено более 50 тысяч тестов на COVID-19. Еще в конце марта президент Азербайджана Ильхам Алиев сообщил, что наша страна закупила несколько современных медицинских лабораторий. Теперь они действуют и в Баку, и в регионах. Как сказал председатель правления TƏBİB Рамин Байрамлы, «несколько дней назад в Гяндже начала функционировать лаборатория. Лаборатории будут открыты и в Шеки, и Сумгайыте. Нам удалось создать лабораторию в Нахчыване». Это позволяет выявлять больше случаев заражения, прерывать эпидемические «цепочки» и держать ситуацию под контролем. На подходе — программа развертывания модульных госпиталей. И вот на этом фоне жителям Ханкенди самое время задуматься о возвращении в состав Азербайджана. После чего на оккупированных землях будет развернута настоящая борьба с коронавирусом. И да, о вхождении в состав Азербайджана неплохо бы задуматься и жителям Иревана. У Азербайджана на такой случай найдутся и лаборатории, и тесты, и мобильные госпитали. Вопрос, хватит ли здравого смысла у армянской стороны...? Нурани, политический обозреватель

Коронавирусный шторм неожиданно затих в Скандинавии

Исстари люди замечали, что природа одарила южан талантами, а северян выдержкой, хладнокровием и настойчивостью. Если бы было не так, не стали бы северные народы покорителями морей и океанов. Освоив водные просторы, они добились большего, чем народы, жившие в благоприятных палестинах, где много солнца и пропитания. Впрочем, «все это давно известные истины», скажет читатель и будет сто раз прав. К чему это вспомнилось-то? К тому, что история с разгулом коронавируса, запершего людей в домах, дала новые результаты тестирования, выявив новые грани хладнокровия северян. Швеция, Норвегия, Дания по-настоящему отличились в столь острой ситуации, где каждый день современника накрывает лавина тревожной статистики. Она свидетельствующая о растущем потоке инфицированных и ушедших в мир иной. В это же самое время норвежские власти объявляют отмену ряда антивирусных запретов, давая людям импульсы уверенности и бесстрашия. Иначе как понимать официальные анонсы о том, что совсем скоро в стране  будут открыты детские сады и начальные школы? Работникам предприятий сферы услуг также перепали обнадеживающие новости. С 27 апреля возобновят работу места общественного питания, парикмахерские и другие объекты, без функционирования которых невозможно себе представить слаженную жизнь выдержанных северян. Создается впечатление, что норвежцы, шведы и финны трезво и без эмоций воспринимают разыгравшийся в мире спад, и у них свой взгляд на происходящее. Это наблюдается в тот самый период, когда Всемирная Организация здравоохранения (ВОЗ), государственные и правительственные чиновники многих страна продолжают стращать людей о надвигающемся пике распространения коронавируса. Надо бы согласиться, что мер предосторожности никогда не бывает много. Руководители государств, правительств перед лицом тотального наступления невидимого врага, доверяют специалистам эпидемиологии и медицинских служб, потому санкционируют новые ограничения для людей. Ничего не скажешь, это разумно и предусмотрительно. Но в то же время невозможно не заметить, что в последние дни ряд профильных инстанций с особым усердием и старанием делится с леденящими кровь статистическими данными. Они свидетельствуют о верховенстве тренда геометрической прогрессии в связи с пандемией. Неужели хладнокровие датчан, шведов и их соседей легко трансформируется в безалаберность и индифферентность? А может эти люди настолько отстали в своем научно-практическом развитии, что не вынуждены капитулировать перед серьезностью положения?! Датчане со следующей недели, сохраняя в силе запреты на проведение культурных и спортивных мероприятий, откроют двери детских садов и начальных школ. Это означает, что у тех, кто попечительствует малышам, развяжутся руки, и они включатся в привычную деятельность. Неужели правительственные органы северных стран недооценивают трагизм сложившегося положения и идут наперекор остальному человечеству? Официальные источники поделились информацией о выявленных 5,9 тыс. случаев заболевания граждан COVID-19 в Норвегии. Из этой массы умерло 88 человек, и это при том, что в стране с пятимиллионным населением ежедневно фиксировалось 150-200 новых случаев заражения. Столь неутешительные данные сродни сигналу SOS, однако, скандинавы дают знать, что не зациклены на коронавирусе, и наиболее актуальным для них становится перестройка общественного сознания на здравый лад. Да, северянам не присуща истероидность, они, как и предки, мужественные викинги, не имеют обыкновения капитулировать перед экстремальными ситуациями. При этом никто не отрицает критичности положения в связи с разыгравшимся вирусом. Пандемия есть, но параллельно с ней идет привычная жизнь, хоть и с ограничениями. Однако и в Скандинавии, как и везде, по-прежнему фиксируются смертельные случаи от онкологических болезней, ОРВ, СПИДа и других инфекционных заражений. В этой части статистика не менее зловеща, чем данные от пандемии. Разве это не повод для расстройства? Почему-то человечество оказалось вынужденным втянуть голову в плечи ввиду наступления COVID-19, и уже вырисовывается нерадостная картина ближайшего будущего. Во всяком случае, информационная картина настоящего не дает поводов для оптимизма. Единственный вывод, который напрашивается из наблюдаемой обстановки, это то, что всех ждет картина, покрытая мраком. Единственно, скандинавы выбиваются из ряда морально побитых, которым не дано бояться шторма и непогоды. Они ведь признанные покорители морей. Но не только в этом причина стойкости и бесстрашия норвежцев, шведов и датчан. Хладнокровие научило бывалых северян умению трезво и  раскованно мыслить в самых трудных ситуациях, доверяя не тому, что муссируется, а собственной интуиции. Что ни говори, хорошее это качество – проницательность. Тофик Аббасов, аналитик.

Рейтинг@Mail.ru