Salyanda güclü yanğın baş verib, rayon rəhbərliyi hadisə yerinə gedib



Nəşr edilib: 7:28 11/09/2019 Baxış sayı: 184
Müəllif:

Salyan rayonunda elektrik paylayıcı qurğu yanıb.

“Report”un xəbərinə görə, hadisə Əli Zeynalov küçəsində qeydə alınıb.

Yanğının qarşısını Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alıb. Hadisə nəticəsində rayonun bəzi küçələri işıqsız qalıb. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun yaşadığı fərdi yaşayış evinin də işıqları sönüb.

Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi hadisə yerindədir.


Рейтинг@Mail.ru