Məşhur qapıçı karyerasını bitirdi, amma klubunda qalacaq



Nəşr edilib: 8:17 03/09/2019 Baxış sayı: 315
Müəllif:

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub.

Oxu.Az xəbər verir ki, 37 yaşlı qapıçı klubla yeni, fərqli müqavilə bağlayıb.

O, bundan sonra “Fənərbaxça”nın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, 2002-2019-cu illərdə “Fənərbaxça”da çıxış edən qapıçı 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb, 2004 – 2014-cü illərdə formasını geyindiyi milli ilə Avropa çempionatının bürünc mükafatçısı olub.


Рейтинг@Mail.ru