Brilliant Dadaşova: “Erməni dedi ki, sənə baxıb, müğənni olmuşam” – VİDEO



Nəşr edilib: 11:12 29/08/2019 Baxış sayı: 2058
Müəllif:

Avtomatik qaralama

“Səhnə üçün ayrı, gündəlik həyat üçün başqa pul xərcləməlisən. Asget deyiləm. Asgetlər geyimlərə önəm vermirlər. Onlara həsəd aparıram. Mənim isə əhval-ruhiyəm geyimdən asılıdır. Hər zaman özümdən şikayət edirdim ki, nə qədər paltar alıram”.

Medianews.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova söyləyib. Müğənni geyimlərindən bəhs edib.

“Sözüm var” proqramının qonağı olan Dadaşova xaricdə səfərdə olarkən, erməni ifaçının ona dediklərindən danışıb:

“Amerikaya mükafat almağa gedəndə Sarastovda böyümüş, müharibə şəraitində olduğumuz qonşularımızdan biri mənə yaxınlaşdı və “Getmə gözəl yar” mahnısını oxudu. Sonra öz dilində “qurban olum, qadan alım” dedi. Qayıtdı ki, mən sizə baxıb, oxuyan olmuşam. Bu sözləri müharibə şəraitində olduğumuz qonşularımızın nümayəndəsi dedi.

Fikirləşdim ki, səhnəyə çıxmayanlar bunları mənə deyirdi, sənə baxıb oxuyan olmaq istədik. Üç nəfər onları tanıyandan sonra, üzləri dönüb. Niyə, bilmirəm. Bəlkə sənətləri kimi özləri də cılız olduqlarına görə. Amma mənə bunu etiraf edən müharibə şəraitində olduğumuz ölkənin nümayəndəsi idi. Söylədi ki, inşallah müharibə bitəcək, gəlib sizinlə duet oxuyacam. Deyir, ölməmişdən əvvəl sizinlə duet oxuyacam. Bu, Azərbaycan musiqisinin gücüdür. Dünyanı gəzirsən, bunları görürsən”.


Рейтинг@Mail.ru