Hüseyn Xəlilov Rusiyada qızıl medal qazandı – VİDEO



Nəşr edilib: 11:39 25/08/2019 Baxış sayı: 515
Müəllif:

Hüseyn Xəlilov Rusiyada qızıl medal qazandı - VİDEO

Azərbaycanlı gimnast Rusiyada qızıl medal qazanıb.

BAKU.WS xəbər verir ki, Rusiyanın İdman Gimnastikası Federasiyasının təşkilatçılığı ilə II Ümumrusiya çempionatı “Gimnastika Liqası” keçirilib.

Avqustun 23-dən 25-dək davam edən yarışda həmyerlimiz Hüseyn Xəlilov da iştirak edib. İdman gimnastikası üzrə çıxış edən Hüseyn bütün rəqiblərini üstələyib və I yerə layiq görülüb. Qızıl medalın sahibi olan idmançı Azərbaycanı uğurla təmsil edib.

Xatırladaq ki, Hüseyn Xəlilovun şəxsi məşqçisi idman gimnastikası üzrə üçqat SSRİ çempionu Zakir Mehdiyevdir.


Рейтинг@Mail.ru