İsmayıllıdan Şəkiyə toya gəldi, bıçaqlandı



Nəşr edilib: 7:45 24/08/2019 Baxış sayı: 29
Müəllif:

Şəkiyə toya gələn İsmayıllı sakini bıçaqlanıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəki rayonunun Şəki kəndində baş verib.

İsmayıllı rayonundan toya gələn 1971-ci il təvəllüdlü Şükran Sahib oğlu Qəhrəmanov münaqişə zamanı bıçaqlanıb.

Yaralı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.


Рейтинг@Mail.ru