Загрузка...

Salyan sakinindən 345 qram narkotik maddə tapılıb



Nəşr edilib: 23:45 12/07/2018 Baxış sayı: 21
Müəllif:

Salyan sakinindən narkotik vasitə aşkar edilərək götürülüb.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Natiq Namiq oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd polietilen torbada ümumi çəkisi 345 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Рейтинг@Mail.ru