Загрузка...

Sibir soyuğunda yarıçılpaq idman – FOTOLAR



Nəşr edilib: 15:06 17/04/2018 Baxış sayı: 2665
Müəllif:

Rusiyanın Qərbi Sibir bölgəsində “Grelka fest” adlanan festival adrenalin həvəskarlarını bir araya gətirir.

Hər il qış ayında Rusiyanin Qərbi Sibir əyalətində çox fərqli bir festival təşkil olunur. “Grelka fest” adlanan və sırf əyləncə məqsədi daşıyan bu festival hər il maraqlı səhnələrə ev sahibliyi edir. Bu tədbir qış fəslində soyuğun mənfilərə düşdüyü bir ayda başlayır. Bu çətinliklərə baxmayaraq ildən-ilə festivalın iştirakçı sayı artır.

Xizək və snoubord sevərlər çimərlik paltarları ilə Zelyonna dağına toplaşaraq oradan toplu eniş edirlər.

Festival iştirakçılarının dediklərinə əsasən, buraya həm də təbiətin gözəlliyindən zövq almaq və təmiz hava udmaq üçün gəlirlər.

Minval.info


Рейтинг@Mail.ru