Загрузка...

İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA – Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)



Nəşr edilib: 17:33 13/03/2018 Baxış sayı: 4544
Müəllif:

İranda qəzaya uğrayan türkiyəli iş adamı Hüseyn Başarana məxsus təyyarə ilə bağlı şok iddia irəli sürülüb.

BAKU.WS-in Türkiyə KİV-nə istinadən məlumata görə, bütün sərnişinləri xanımlardan ibarət olan təyyarənin kapitanı Melike Kuvvetin bacısı İlknur Kuvvet Melik iddia edib ki, təyyarə nasaz olub.

“Melike bacım bir həftə əvvəl mənə demişdi ki, bu təyyarə 3 dəfə texniki nasazlıq səbəbindən qəza şəraitinə düşüb. Birinci dəfə Parisə gedərkən, ikinci və üçüncü dəfə isə Trabzona uçarkən baş verib”, – İlknur Kuvvet Melik bildirib.

O eyni zamanda iddia edib ki, təyyarənin qəzaya uğramasında FETÖ terror təşkilatının da əli ola bilər.

“Melike Türkiyə Silahlı Qüvvələrində pilot olarkən FETÖ-nün “torbası”na düşmüşdü. Lakin bacım məhkəmədə onlara qalib gəldi, günahsız olduğu sübuta yetirildi. Ola bilər ki, FETÖ bu yolla bacımdan intiqam alıb”, – deyə pilotun bacısı qeyd edib.

Martın 11-də Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn özəl təyyarə İranın paytaxtı Tehranın cənubunda qəza edib. Təyyarədə 2 qadın pilot, 1-i stüardessa olmaqla 8 sərnişin dünyasını dəyişib.

Təyyarənin “Başaran Holdinq”ə məxsus olduğu açıqlanıb. Hava gəmisində olanların şəxsiyyəti açıqlanıb. Təyyarədəkilərin Hüseyn Başaranın qızı Mina Başaran və 7 rəfiqəsi olduğu məlum olub. Qızlar subaylığa vida partisindən qayıdırmış.

Baş verən qəza zamanı heç bir sərnişini xilas etmək mümkün olmayıb.

Qəzada dünyasını dəyişən 28 yaşındakı Mina Başaran holdinqin vəliəhdi olaraq göstərildi. Ailənin tək qızı idi. Mina iddialı və istedadlı xarakteri ilə diqqətləri cəlb edirdi. 2013-cü ildə “Başaran Holdinq”in İdarə Heyətinin üzvü olub. Qida, turizm, yaxta, inşaat və enerji sahələrində fəaliyyət göstərən Hüseyn Başaran Türkiyənin tanınmış iş adamlarından sayılır.

İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)İş adamının qızı və 7 rəfiqəsinin ölümü ilə bağlı ŞOK İDDİA - Dubaydan gələn təyyarədə nə baş verib? (VİDEO)


Рейтинг@Mail.ru