Bakıda sürücünü silahla hədələyən şəxs danışdı: “Xəcalətimdən o videoya baxa bilmirəm” – VİDEO



Nəşr edilib: 21:29 22/08/2017 Baxış sayı: 2387

Bakıda sürücünü silahla hədələyən şəxs danışdı:

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə avqustun 18-də axşam vaxtı paytaxtın Binəqədi rayonu ərazisində baş vermişdi. 85 saylı avtobusun sürücüsü Gülağa Xudaverdiyev ərazi üzrə 7-ci polis bölməsinə məlumat verib ki, avtobusa minən şəxlərdən biri onu və sərnişinləri silahla hədələyib. Hadisənin baş verməsinə səbəb kimi isə o, dayanacaqdan kənarda avtobusu saxlamaması üstündə olduğunu deyib. Hətta həmin vaxt sürücü avtobusun təhlükəsizlik kamerasına düşən görüntüləri belə polisə təqdim edib.

Binəqədi rayon polis idarəsi və 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib. Saxlanılan Orxan əməlini etiraf edib. O, hadisədən əvvəl spirtli içki qəbul etdiyini deyir.

Saxlanılarkən Orxan Orucuovun üstündən həmin cinayətdə istifadə etdiyi ”Makarov” tipli pnevmatik tapança və narkotik maddə heroin də aşkar edilib. Orxan Orucov əməlindən peşman olduğunu deyir.

Faktla Binəqədi rayon polis idarəsinin İstintaq Şöbəsində Orxan Orucov barəsində də cinayət işi başlanılıb, istintaq gedir. Onun həmin silahla başqa cinayət törədib, törətməməsi araşdırılır.

Bu arada Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu sürücünü silahla hədələyən şəxsin həbsi ilə bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.

Qeyd olunub ki, avqustun 16-da saat 22.00 radələrində Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Orxan Cəmil oğlu 85 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun onun işarəsi ilə saxlanılmamasına görə marşrutun sonuncu dayanacağına gəlib, avtobusa daxil olaraq sürücü ilə mübahisə edib, ona hədə-qorxu gəlib. Daha sonra üzərində gəzdirdiyi odlu silaha bənzər əşyanı nümayiş etdirərək qərəzli xuliqanlıq hərəkətləri törədib, hadisə yerindən uzaqlaşıb.

Fakta görə, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə)maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində O. Orucov avqustun 22-də şübhəli şəxs qismində tutulub, üzərinə baxış keçirilərkən bir ədəd pnevmatik tapança və 7 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıbr. İstintaqın gedişində, O. Orucovun Məmmədov Elnur Ağa oğlunu həbsdən azad etdirəcəyini vəd verib, sonuncunun atası Ağa Məmmədovun 16500 manatını ələ keçirməklə dələduzluq etməsi müəyyənləşib.
O. Orucovun əməlləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqlatörədildikdə)və 234.4.3-cü(satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib.

O. Orucov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Рейтинг@Mail.ru