loading...

“5 mərtəbə” dairəsində sürücülərin işi asanlaşdı – (İZAHLI SXEM)



Nəşr edilib: 13:29 12/01/2017 Baxış sayı: 563

Bakıda «5 mərtəbə» dairəsi kimi tanınan dairədə hərəkətin təşkilində daha bir dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, indiyə kimi Azərbaycan prospektindən (Mərkəzi Univermaq tərəfdən) dairə tərəfə gələndə sağdakı iki zolaq ancaq sağa – dairə istiqamətinə hərəkət etməyə icazə verirdi, soldakı iki zolaq isə ancaq sola Mirzəağa Əliyev küçəsinə (Sovetskiyə) dönməyə icazə verirdi. Bu gün Azərbaycan prospektinin sonunda asfalta çəkilmiş təhlükəsizlik adacağını qismən pozaraq kiçildiblər və dairə istiqamətinə dönməyə yeni bir zolaq artırıblar.

İndi Mərkəzi Univermaqdan gələndə dairəyə üç zolaqla daxil olmaq olacaq. Yəni sagdakı iki zolaq ancaq sağa, üçüncü zolaqdan sağa və sola, dördüncü zolaqdan isə ancaq sola dönməyə icazə veriləcək. Hərəkətin təşkilində edilən bu dəyişiklik Azərbaycan prospektində yaranan sıxlığın azalmasına və «5 mərtəbə» dairəsinə daxil olan avtomobillərin daha rahat hərəkətinə imkan verəcək.

Təqdim olunan sxemdə yeniliyi qismən də olsa izah etməyə çalışmışıq.


Рейтинг@Mail.ru